Tehrandakı əsas dini kompleks – İmam Xomeyni Müsəllasının günbəzi üzərində intiqam çağırışı olan qırmızı bayraq qaldırılıb.
Bizimyol.info xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Verilən məlumata görə, son üç gün ərzində iranlılar burada ölkənin ali dini lideri Əli Xamenei və onun ailə üzvləri ilə vida mərasimində iştirak ediblər.
Əli Xameneinin cənazəsinin Müsəllada olduğu son saatlarda milyonlarla insan onunla vidalaşmaq üçün dini kompleksə axışıb. Paytaxtın müxtəlif yerlərində matəm tədbirləri davam edib. Axşam saatlarında insanlar İslam Respublikasının rəhbərliyinə dəstək ifadə etmək məqsədilə əsas meydanlara ölkə bayraqları və liderin portretləri ilə toplaşıblar.
Şəhər hakimiyyət orqanlarının məlumatına görə, Əli Xamenei və onun ailə üzvlərinin cənazələrinin müşayiəti ilə keçiriləcək genişmiqyaslı yürüşə 15–20 milyon nəfərin qatılması gözlənilir.
Bizimyol.info






