Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ben-Qvir: İsraillilərin təhlükəsizliyi beynəlxalq təzyiqlərdən daha önəmlidir
Ben-Qvir: İsraillilərin təhlükəsizliyi beynəlxalq təzyiqlərdən daha önəmlidir

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bəyan edib ki, dövlət öz vətəndaşlarının təhlükəsizliyini bütün xarici siyasi amillərdən üstün tutmalıdır. Nazir müraciətində bildirib ki, ABŞ ilə müttəfiqlik münasibətlərinə baxmayaraq, İsrailin müdafiəsinə görə məsuliyyət yalnız dövlətin öz üzərinə düşür.

Bizimyol.info xəbər verir ki, onun sözlərinə görə, beynəlxalq təzyiqlərə güzəşt etməyin qiyməti həddindən artıq yüksəkdir. Buna görə də atəşkəs rejiminə riayət etmək əvəzinə, Beyruta qarşı hücum əməliyyatlarına keçmək lazımdır.

Ben-Qvir vurğulayıb ki, əgər Livan öz ərazisinin İsrailə qarşı terror hücumları üçün baza kimi istifadə olunmasına imkan verməyə davam etsə, bu ölkənin paytaxtı qaçılmaz nəticələrlə üzləşəcək. O, xəbərdarlıq edib ki, israillilər üçün təhlükəsizlik təmin olunmasa, Beyrut Beyt-Hanunda baş verənlərə bənzər dağıntılarla qarşılaşa bilər.

Nazirin mövqeyi ondan ibarətdir ki, İsraillə müharibə yolunu seçən istənilən tərəf öz hərəkətlərinə görə tam məsuliyyət daşımalıdır.

Ben-Qvir xüsusilə qeyd edib ki, israilli vətəndaşların həyatı onun üçün hər şeydən önəmlidir və bu baxımdan beynəlxalq reaksiyalar ikinci planda qalır. O bildirib ki, əgər kompromislər əhalinin təhlükəsizliyinə təhdid yaradırsa, dövlət buna yol verə bilməz. Nazir deyib: “İsrailli bir ananın göz yaşını belə qəbul edə bilmərik, hətta bunun müqabilində minlərlə livanlı ananın göz yaşı tökülsə belə”.

Sonda Ben-Qvir milli maraqların qorunması naminə rəqibə qarşı təzyiqin davam etdirilməsinə çağırıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »