Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Karvansaraylar qədim ticarət yolları üzərində səyahət edən tacirlərin təhlükəsizliyini təmin edib - Video
Karvansaraylar qədim ticarət yolları üzərində səyahət edən tacirlərin təhlükəsizliyini təmin edib - Video

Karvansaraylar İpək Yolu kimi qədim ticarət yolları boyunca səyahət edən tacirlər və onların heyvanları üçün təhlükəsiz yaşayış və xidmət göstərmək üçün tikilib.

Karvansaraylar tarixi İpək Yolları şəbəkəsi üzərində, ilk növbədə Türkiyə və İrandan Orta Asiya və Çinə qədər olan ölkələrdə yerləşir.

Karvansaraylar səyahət edənlərə təhlükəli və uzaq yollarda quldurlardan və sərt hava şəraitindən qorunmaq üçün təhlükəsiz istirahət yeri təklif edirdi. Eyni zamanda onlar ticarət üçün əsas infrastruktur rolunu oynayıb, tacirlərə mal mübadiləsi aparmağa, yerli bazarlara daxil olmağa və malları saxlamağa imkan verirdi.

Karvansaraylara tarixi İpək Yolu şəbəkəsində Türkiyə, İran, Azərbaycan, Orta Asiya, o cümlədən müasir Özbəkistan və digər ölkələr Çin, Şimali Afrika, Cənub-Şərqi Avropanın hissələrində yer alır. Yer üzündə olan karvansarayların sayı bəlli deyil. Ancaq qeyd edək ki, 54 xüsusi tikilidən ibarət olan Fars karvansarayı UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Karvansaraylar bu gün fəaliyyət göstərmədiyi üçün tədricən məhv olur, dağılır, bu tarixi abidələrə önəm verilmir. Səngəçal ərazisində yerləşən qədim karvansaray da bu gün baxımsız vəziyyətdədir. Tarixin izlərini daşıyan bu mədəniyyət abidəsi günbəgün məhv olur.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »