Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransa II Karlun nəvəsinin Rumıniyaya ekstradisiyasına qərar verdi
Fransa II Karlun nəvəsinin Rumıniyaya ekstradisiyasına qərar verdi

Paris Apellyasiya Məhkəməsi Rumıniyanın keçmiş kralı II Karlun (1893–1953) nəvəsi Pavel-Filip Hohenzollernin Rumıniyaya ekstradisiya olunması barədə qərar qəbul edib.

Bizimyol.info xəbər verir ki, bu barədə məlumatı "ProTV" telekanalı yayıb.

Məlumata görə, hökm çıxarıldıqdan sonra Fransa hüquq-mühafizə orqanları sabiq kralın nəvəsini evində tapmayıb və onu beynəlxalq axtarış siyahısına daxil ediblər.

Qeyd olunur ki, Pavel-Filipin bu qərardan şikayət vermək üçün beş günü var. Rumıniya Ədliyyə Nazirliyi Paris məhkəməsinin qərarını Fransa və Rumıniya arasında səmərəli əməkdaşlığın uğuru kimi qiymətləndirib.

2025-ci ilin aprelində "Digi24" telekanalının xəbərinə görə, Pavel-Filip Fransada saxlanılıb və Rumıniya hüquq-mühafizə orqanlarının tələbi əsasında ev dustaqlığına yerləşdirilib. Rumıniyada ona korrupsiya, çirkli pulların yuyulması və kral ailəsinə əvvəllər məxsus olmuş torpaq sahələri ilə bağlı dələduzluq ittihamları irəli sürülüb.

Bu, 77 yaşlı sabiq kral nəvəsinin Avropa hüquq-mühafizə orqanlarının diqqətinə ilk dəfə düşməsi deyil. 2024-cü ilin əvvəlində o, Maltada saxlanılmış və iki ay həbsdə qaldıqdan sonra girov müqabilində azad edilmişdi. "Politico" nəşrinin məlumatına görə, Malta məhkəməsi onun ekstradisiyasından yaşı və Rumıniya monarxiyasının tarixi ilə bağlı “unikal statusu” səbəbilə imtina etmişdi. Pavel-Filipin vəkili isə müdafiə etdiyi şəxsin təqibinin siyasi motivli olduğunu və bunun prezident seçkiləri öncəsi baş verdiyini bildirmişdi.

Pavel-Filip Hohenzollern 1930–1940-cı illərdə Rumıniyanı idarə etmiş II Karlun nəvəsidir. 2020-ci ildə Rumıniyanın Ali Kassasiya Məhkəməsi onu Buxarest ətrafında daşınmaz əmlakla bağlı korrupsiya və dələduzluq ittihamlarına görə 3 il 4 ay azadlıqdan məhrum edib. Hökm çıxarılan vaxt Pavel-Filip Fransada olub.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »