İsveçrə Ukrayna münaqişəsi üzrə bütün tərəflərlə əlaqələri davam etdirir.
Bizimyol.info xəbər verir ki, bu barədə konfederasiyanın prezidenti və iqtisadiyyat naziri Quy Parmelin bildirib. O, bu barədə Bernin sülh nizamlanmasına mümkün köməyi ilə bağlı sualı cavablandırarkən deyib.
Parmelin Cenevrədə keçirilən G7 sammiti çərçivəsində mətbuat konfransında qeyd edib ki, İsveçrə bütün tərəflərlə daimi, lakin məxfi əlaqələr saxlayır. “Biz mütəmadi olaraq əlaqə saxlayırıq, lakin təbii ki, bu əlaqələr bütün tərəflərlə məxfi şəkildə aparılmalıdır,” – deyə o bildirib.
Prezident həmçinin vurğulayıb ki, İsveçrə sülh danışıqları üçün platforma təqdim etməyə hazırdır. Onun sözlərinə görə, xüsusilə Cenevrə bu məqsəd üçün uyğun məkandır və tərəflərin yaxınlaşdırılmasına xidmət edə bilər.
Bununla belə, Rusiyanın İsveçrədəki səfiri Sergey Qarmonin daha əvvəl bildirib ki, Moskva İsveçrənin “xoş vasitəçilik xidmətlərinə” ehtiyac duymur. Onun fikrincə, İsveçrə əvvəlki neytral imicini itirib, çünki Avropa İttifaqının sanksiyalarına qoşulur və Ukraynanın Rusiyanın mülki ərazilərinə hücumlarına münasibət bildirmir.
Son dəfə Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin üçtərəfli danışıqları Cenevrədə 17–18 fevral tarixlərində baş tutub. Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinsky həmin görüşləri çətin, lakin işgüzar adlandırıb.
Bizimyol.info






