Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pentaqon ABŞ-da İsrailin kəşfiyyat fəaliyyətinin güclənməsindən narahatdır
Pentaqon ABŞ-da İsrailin kəşfiyyat fəaliyyətinin güclənməsindən narahatdır

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ölkədə İsrailin kəşfiyyat fəaliyyətinin artmasından ciddi narahatdır.

Bizimyol.info xəbər verir ki, bu barədə "NBC News" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Pentaqonun Kəşfiyyat İdarəsi əks-kəşfiyyat təhdidləri ilə bağlı yeni qiymətləndirmə hazırlayıb və burada İsraildən qaynaqlanan təhlükə səviyyəsi “kritik” həddə yüksəldilib. Bildirilir ki, bu qərar Pentaqonda İsrailin yüksəkvəzifəli amerikalı rəsmiləri izləmək üçün xüsusi səylər göstərməsi ilə bağlı narahatlıqlardan sonra qəbul edilib. Məqsədin isə guya Tramp administrasiyasının Yaxın Şərqlə bağlı qərarları barədə məlumat əldə etmək olduğu qeyd olunur.

Telekanalın məlumatına əsasən, İsrailin Vaşinqtondakı səfirliyinin nümayəndəsi bildirib ki, “İsrailin kəşfiyyat məlumatlarının toplanmasına yönəlmiş fəaliyyəti müttəfiqlərinə deyil, düşmənlərinə qarşı aparılır”.

Ağ Evin nümayəndəsi isə telekanala açıqlamasında İsrailin casusluq fəaliyyəti ilə bağlı məlumatların həqiqəti əks etdirmədiyini deyib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »