Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanın keçmiş müdafiə naziri Paşinyanın baş nazir postunu itirəcəyini düşünür
Ermənistanın keçmiş müdafiə naziri Paşinyanın baş nazir postunu itirəcəyini düşünür

Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi hakimiyyət mövqelərini itirəcək və o, gələcəkdə hökumətə rəhbərlik etməyəcək.

Bizimyol.info xəbər verir ki, bu fikri Ermənistanın keçmiş müdafiə naziri (2021) Arşak Karapetyan Rusiya mətbuatına müsahibəsində səsləndirib.

“Ermənistanda hakimiyyət, Nikol Paşinyanın simasında, təəssüf ki, onun üçün mövqelərini itirəcək və mən düşünürəm ki, o, artıq baş nazir olmayacaq. Ən yaxşı halda əldə edə biləcəyi nəticə parlamentdə hansısa blok olacaq. Qeyd edirəm ki, əgər seçkilərdə saxtakarlıq edilməsə, onun maksimum 25-27 faiz səs toplamaq şansı ola bilər. Amma bu, sadəcə parlament bloku səviyyəsində qalacaq”, – deyə Karapetyan bildirib.

Keçmiş nazir hesab edir ki, parlamentə düşmək şansı olan heç bir müxalif qüvvə Paşinyanla birləşməyi planlaşdırmır. “Əlbəttə ki, bütün bunlar hökumət rəhbərini ciddi şəkildə gərgin vəziyyətə salıb. Çünki o anlayır ki, son səkkiz ildə etdiklərinə görə cavab verməli olacaq”, – deyə Arşak Karapetyan vurğulayıb.

Ermənistanda növbəti parlament seçkiləri iyunun 7-də keçiriləcək. Seçkilərdə 16 partiya və 2 siyasi blok iştirak edir.

Onların sırasında baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası, Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku və Narek Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” bloku da yer alır.

Biznesmen Samvel Karapetyanın təsis etdiyi “Güclü Ermənistan” blokuna “Güclü Ermənistan”, “Yeni Era” və “Birləşmiş Ermənilər” partiyaları daxildir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »