Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Suraxanıda baş verən davaya görə 7 nəfər saxlanılıb
Suraxanıda baş verən davaya görə 7 nəfər saxlanılıb

Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində baş vermiş insidentlə bağlı hadisə iştirakçılarından 7 nəfər saxlanılıb.

İyunun 5-də baş vermiş insidentlə bağlı polisə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, müraciət əsasında araşdırma başlanılıb, hadisə yerinə baxış keçirilib, iştirakçıların izahatları alınıb və müvafiq ekspertizalar təyin edilib. Müəyyən olunub ki, hadisə tərəflər arasında yaranmış mübahisə zəminində baş verib. Mübahisə zamanı iştirakçılar qarşılıqlı olaraq bir-birilərinə xəsarətlər yetiriblər.

Faktla əlaqədar Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər
Bütün xəbərlər »