Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Balıq ovlayan köpəkbalığının hücumu nəticəsində həyatını itirib
Balıq ovlayan köpəkbalığının hücumu nəticəsində həyatını itirib

Avstraliyada köpəkbalığının hücumuna məruz qalan bir kişi həyatını itirib.

Bizimyol.info xəbər verir ki, "ABC News"un məlumatına görə, rəsmilər ölkənin Qərbi Avstraliya əyalətinin Albany bölgəsi yaxınlığında köpəkbalığı hücumu baş verdiyini bildiriblər.

Rəsmilərin açıqlamasına əsasən, 35 yaşlı zərərçəkmiş balıq ovlayan zaman köpəkbalığının hücumuna məruz qalıb. O, özünü ahilə çatdırılmağa çalışılsa da, bunu bacarmayıb, həyatını xilas etmək mümkün olmayıb və o, hadisə yerində dünyasını dəyişib.

Qeyd edilib ki, bu hadisə 16 mayda Perth sahillərində baş verən və bir şəxsin köpəkbalığı hücumu nəticəsində öldüyü hadisədən sonra həmin ştatda qeydə alınan ikinci ölüm faktıdır.

Avstraliyada 1791-ci ildən bu günə qədər təxminən 1300 köpəkbalığı hücumu qeydə alınıb və onların 260-dan çoxu ölümlə nəticələnib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »