“Podratçı şirkət tərəfindən binada qabaqlayıcı tədbir olaraq bərkitmə işləri aparılır”
“Qobu Park”1 -də illərdir binaların çökməməsi üçün onların altına beton vurulması ilə bağlı iddialar var. Bununla bağlı sosial şəbəkədə videogörüntü paylaşılıb. Bu məsələ sakinlər arasında da müxtəlif suallar doğurur.
- Bu metod nə dərəcədə doğrudur, tətbiq olunmalıdırmı?
Yaranan suallarla bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə sorğu ünvanladıq.
Qurumdan Bizimyol.info-nun sorğusuna cavab olaraq bildirilib ki, müraciətlə bağlı Bakı şəhəri Qaradağ rayonunda yerləşən “Qobu Park” yaşayış kompleksinin tikintisinin podratçısına məlumat verilib: “Şirkət nümayəndələri tərəfindən binaya baxış keçirilib, onun texniki cəhətdən yararlılığının yoxlanılması ilə bağlı müvafiq işlər və araşdırma aparılıb.
Araşdırmanın nəticəsinə əsasən, binanın dayanıqlılığı və təhlükəsizliyi ilə bağlı heç bir problem aşkarlanmadığı bildirilib.
Podratçı şirkət tərəfindən binada qabaqlayıcı tədbir olaraq bərkitmə işləri aparılır”.
Günel Həsənova, Bizimyol.info






