Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sibiqa: Putin danışıqlardan imtina etməklə müharibədən çıxmaq şansını itirdi
Sibiqa: Putin danışıqlardan imtina etməklə müharibədən çıxmaq şansını itirdi

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin-in Ukrayna lideri Vladimir Zelenski ilə birbaşa danışıqlardan imtina etməsi Moskva üçün ağır nəticələrə səbəb olacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkəsində paylaşdığı açıqlamada bildirib.

“Prezident Zelenskinin birbaşa sülh danışıqları təklifini qəbul etməməklə Putin bu uğursuz müharibədən çıxmaq şansını itirdi”, – deyə Sibiqa vurğulayıb.

Onun sözlərinə görə, bundan sonra Rusiya üçün vəziyyət daha da ağır olaşacaq. Nazir bildirib ki, cəbhədə itkilər artacaq, hərbi uğursuzluqlar isə daha alçaldıcı xarakter alacaq.

Sibiqa qeyd edib ki, Rusiya iqtisadiyyatı daha dərin tənəzzülə sürüklənəcək, iş yerləri azalacaq, vergilər artacaq və inflyasiya xüsusilə sosial baxımdan həssas təbəqələrə ciddi təsir göstərəcək.

Nazir əlavə edib ki, artıq Rusiyada Ukraynanın uzaqmənzilli zərbələrindən tam təhlükəsiz hesab edilə biləcək ərazilər qalmayıb və bu hücumların intensivliyi artmaqda davam edəcək.

Bununla yanaşı, beynəlxalq təzyiqin də zəifləməyəcəyini deyən Sibiqa vurğulayıb ki, Rusiyaya qarşı sanksiyalar və digər məhdudiyyətlər daha da sərtləşdiriləcək. Buraya dondurulmuş aktivlərin istifadəsi, viza qadağaları və müharibə cinayətləri ilə bağlı məsuliyyət tədbirləri də daxildir.

“Kreml rəhbərliyi fanatiki hakimiyyətdə qalmaq naminə öz ölkəsinin gələcəyini qurban verməyə və milyonlarla insanın ölümünə səbəb olmağa hazırdır”, – deyə Ukrayna XİN rəhbəri bildirib.

Sibiqanın fikrincə, Putin hələ də Ukraynanın zəifləyəcəyinə və beynəlxalq dəstəyin azalacağına ümid edir, lakin bu gözləntilər reallığa uyğun deyil. Nazir hesab edir ki, Rusiya sonda diplomatik həll yoluna razılaşmalı olacaq, lakin həmin vaxt şərtlər Moskva üçün daha ağır olacaq.

Xatırladaq ki, iyunun 4-də Zelenski tammiqyaslı müharibə başlayandan bəri ilk dəfə Putinə açıq məktub ünvanlayaraq müharibənin dayandırılması və liderlər səviyyəsində birbaşa danışıqlara başlanmasını təklif edib.

Putin isə həmin məktubda “kobudluq elementləri” olduğunu iddia etmiş və Zelenski ilə görüş keçirməyin mənasız olduğunu bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »