Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda Prezident Məsud Pezeşkianın istefası ilə bağlı iddialar təkzib edilib
İranda Prezident Məsud Pezeşkianın istefası ilə bağlı iddialar təkzib edilib

İran hakimiyyəti ölkə prezidenti Məsud Pezeşkyanın istefa verməsi ilə bağlı informasiya məkanında yayılan xəbərləri təkzib edib. Daha əvvəl dövlət başçısının vəzifəsini tərk etdiyi barədə iddialar müxalif yönümlü “Iran International” telekanalı tərəfindən səsləndirilib.

Bizimyol.info xəbər verir ki, həmin media qurumunun iddiasına görə, buna səbəb ölkədə hərbi əməliyyatların başlanmasından sonra faktiki hakimiyyətin tamamilə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) nəzarətinə keçməsi olub.

Bu məlumatları İran Prezident Administrasiyasının Kommunikasiyalar Departamentinin rəhbəri Seyed Mehdi Tabatabaei kəskin tənqid edib.

O, yayılan xəbərləri “xarici təsir şəbəkəsinin utancverici dedi-qoduları” və xarici KİV-lərin köhnə təbliğat oyunları adlandırıb.

Tabatabaeinin sözlərinə görə, müxalif resurslar obyektiv reallığı deyil, öz arzu və istəklərini ictimaiyyətə təqdim edirlər. O vurğulayıb ki, Prezident Pezeşkian vətəndaşlara xidmət yolundan geri çəkilməyəcək, eyni zamanda İran xalqı da həmrəylik və müqavimət xəttindən dönməyəcək.

Ölkə rəhbərliyinin sabitliyini təsdiqləyən oxşar bəyanatla İran hökuməti yanında İnformasiya Siyasəti Şurasının sədri Elyas Hazrati də çıxış edib. O, prezidentin vəzifəsindən gedəcəyi ilə bağlı şayiələri təkzib edərək, ölkənin siyasi rəhbərliyinin fəaliyyətini normal şəkildə davam etdirdiyini bildirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »