Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kolumbiya Prezidenti seçkinin ilkin nəticələrini tanımayıb
Kolumbiya Prezidenti seçkinin ilkin nəticələrini tanımayıb

Kolumbiya Prezidenti Gustavo Petro ölkə başçısı seçkilərinin ilkin səs sayımı nəticələrini tanımadığını açıqlayıb və seçki protokollarının rəsmi seçki komissiyaları tərəfindən yekun emalını gözləyəcəyini bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Petro "X" platforma hesabında yazıb.

"Prezident kimi mən, Brüster qardaşlarının idarə etdiyi xüsusi şirkətin apardığı ilkin səs sayımı nəticələrini tanımıram. Çünki səsvermə və yoxlama proqramlarının alqoritmlərinin dəyişməz qalması tələb olunmasına baxmayaraq, son həftə ərzində onlar üç dəfə dəyişdirilib və rəsmi seçici siyahısında olmayan 800 000 identifikasiya nömrəsi əlavə olunub", - deyə o qeyd edib.

Prezident əlavə edib ki, bu sayımı hüquqi baxımdan məcburi saymaq olmaz: "Buna görə də qanunvericiliyə uyğun olaraq, mən prezident kimi qəbul edəcəyim və tanıyacağım hüquqi baxımdan məcburi nəticələr yalnız hakimlərin rəhbərliyi ilə fəaliyyət göstərən sayım komissiyaları tərəfindən elan ediləcək nəticələrdir", - deyə bildirib.

Qeyd edək ki, Kolumbiyada prezident seçkiləri 31 mayda keçirilib. İlkin səs sayımı nəticələrinə görə, sağçı siyasətçi və iş adamı Abelardo de la Espriella 43,74 %, hakim solçu partiya "Tarixi Pakt"ın namizədi İvan Sepeda isə 40,90 % səs toplayaraq seçkilərin ikinci turuna çıxıb. İkinci tur 21 iyun tarixində keçiriləcək.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »