İsraillə münasibətlərin normallaşmasının yalnız Fələstin probleminin iki dövlətli həll əsasında çözülməsi və Qəzza zolağında humanitar böhranın aradan qaldırılması ilə mümkün ola bilər.
Bizimyol.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Yaponiyanın “Nikkei” qəzetinə verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, “İsraillə münasibətlərin normallaşmasının şərtləri iki dövlətli həllə dair razılaşma və Qəzzada humanitar böhranın sona çatmasıdır”.
Fidan xatırladıb ki, Türkiyə ilə İsrail arasında diplomatik münasibətlər 1949-cu ildə qurulub və Qəzzada böhrandan əvvəl ikitərəfli ticarət dövriyyəsi illik 10 milyard dollara qədər yüksəlmişdi.
“İsrail fələstinlilərin öldürülməsinə son qoymalı və Qəzza sakinlərinin ərzaq, mənzil, dərman və su kimi əsas ehtiyaclara çıxışına mane olmamalıdır. Əgər bu şərtlər yerinə yetirilərsə, biz İsraillə normal münasibətlərə və əməkdaşlığa qayıda bilərik, problem olmayacaq. Biz iki dövlətli həllin əldə olunmasını istəyirik”, – deyə o vurğulayıb.
Qeyd edək ki, Türkiyə 2024-cü ilin may ayından etibarən İsraillə bütün ticarət əlaqələrini dayandırıb.
Bizimyol.info






