İran hərbçiləri ölkənin cənub hissəsindən müəyyən hədəflərə raket buraxılışı həyata keçiriblər.
Bizimyol.info xəbər verir ki, "Fars" xəbər agetliyi raketlərin İranın cənub ərazisindən atıldığını təsdiqləsə də, onların hansı hədəflərə yönəldiyini açıqlamayıb.
Eyni zamanda, "Tasnim" hadisələrlə bağlı fərqli məlumat yayıb. Agentliyin iddiasına görə, dəniz ərazisində eşidilən səslər Hörmüz boğazı yaxınlığında yerləşən gəmilərə xəbərdarlıq məqsədilə açılan atəşlə əlaqədardır. Akvatoriyada baş verdiyi ehtimal olunan insidentin detalları isə hələlik açıqlanmır.
Hazırda əməliyyatın məqsədi və mümkün nəticələri ilə bağlı rəsmi təsdiq yoxdur. İran mənbələrinin hadisələri fərqli şəkildə şərh etməsi regiondakı vəziyyət ətrafında qeyri-müəyyənliyi daha da artırır.
Hörmüz boğazı dünya enerji resurslarının daşınmasında əsas strateji marşrutlardan biri hesab olunur. Buna görə də bu bölgədə hərbi fəallıqla bağlı yayılan məlumatlar beynəlxalq müşahidəçilərin diqqətini cəlb edir.
Bizimyol.info






