Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aİ Kiyevdəki diplomatlarını təxliyə etməyəcək
Aİ Kiyevdəki diplomatlarını təxliyə etməyəcək

Avropa İttifaqı (Aİ) Kiyevdə fəaliyyət göstərən diplomatlarını təxliyə etməyi planlaşdırmır. Əksinə, qurum Ukraynaya hərbi dəstəyi artırmaq niyyətindədir.

Bizimyol.info xəbər verir ki, bu barədə Anita Hipper Brüsseldə keçirilən brifinqdə Rusiyanın Xarici İşlər Nazirliyinin Qərb diplomatlarının Kiyevdən çıxarılması ilə bağlı xəbərdarlığını şərh edərkən bildirib.

“Avropa İttifaqı Kiyevdəki diplomatik iştirakını dəyişmədən saxlayacaq”, — deyə Hipper vurğulayıb. Onun sözlərinə görə, “əksinə, Aİ Ukraynaya hərbi dəstəyi artıracaq”.

Hipper əlavə edib ki, Avropa İttifaqı guya hərbi olmayan hədəflərə edilən hücumlara görə məsuliyyət daşıyan şəxslərin “cavabdehliyə cəlb olunmasına” çalışacaq.

O həmçinin bildirib ki, Avropa Xarici Fəaliyyət Xidməti Aİ-nin bu mövqeyini çatdırmaq üçün Rusiyanın Avropa İttifaqı yanındakı missiyasının rəhbərini quruma çağırıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »