Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Ukraynadakı müharibənin sona çatması üçün bütün imkanlardan istifadə etməyə hazırdır – Rubio
ABŞ Ukraynadakı müharibənin sona çatması üçün bütün imkanlardan istifadə etməyə hazırdır – Rubio

ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton Ukraynada davam edən müharibənin başa çatdırılması üçün vasitəçi rolunu üzərinə götürməyə və prosesə maksimum dəstək verməyə hazırdır.

Bizimyol.info xəbər verir ki, onun sözlərinə görə, ABŞ administrasiyası Rusiya ilə Ukrayna arasında danışıqların irəliləməsi və müharibənin dayandırılması üçün “bütün mümkün vasitələrdən istifadə etməyə” hazırdır. Rubio bu fikirləri jurnalist Aleks Raufoğluya verdiyi açıqlamada səsləndirib.

Dövlət katibi qeyd edib ki, 24 may gecəsi baş verən genişmiqyaslı hücumlar müharibənin nə qədər dağıdıcı olduğunu bir daha göstərir. Onun fikrincə, bu cür hadisələr münaqişənin dərhal dayandırılmasının vacibliyini xatırladır.

“Hər dəfə belə böyük hücumlar görəndə bu, müharibənin nə qədər dəhşətli olduğunu və onun bitməsinin nə qədər vacib olduğunu daha çox istəyirsən. ABŞ bu müharibənin sona çatmasına kömək etmək üçün əlindən gələni etməyə hazırdır və ümid edirəm ki, gələcəkdə yenidən vasitəçi rolunu oynamaq imkanı olacaq”, - deyə Rubio bildirib.

O, həmçinin Rusiya xarici işlər naziri Sergey Lavrov ilə telefon danışığını da şərh edib. Rubio bildirib ki, Lavrov bu söhbət zamanı Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trumpa ünvanladığı mesajı ona çatdırıb və o da həmin mesajı lazımi ünvanlara ötürüb.

ABŞ Dövlət katibi Rusiyanın Kiyevə qarşı sistemli zərbələr endirə biləcəyi ilə bağlı xəbərdarlıqlara da münasibət bildirib. Onun sözlərinə görə, müharibə şəraitində gərginliyin artması riski həmişə mövcuddur və bu, qeyri-adi bir hal deyil.

“Bütün müharibələrdə təhlükə odur ki, eskalasiya riski həmişə var,” – deyə Rubio əlavə edib.

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi Ukraynanın paytaxtı Kiyevdə hərbi sənaye obyektlərinə “sistemli zərbələr” endirilə biləcəyini açıqlamış və xarici ölkələrdən diplomatik nümayəndəliklərin əməkdaşlarını şəhərdən çıxarmağı tövsiyə etmişdi.

Ukrayna Xarici İşlər Nazirliyi isə bu bəyanatları şantaj və xarici diplomatları qorxutmağa yönəlmiş cəhd kimi qiymətləndirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »