Bu gün səhər Xəzər dənizində zəlzələ baş verib.
Bizimyol.info xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat verib.
Zəlzələlərin Tədqiqatı Bürosunun verilən məlumata görə, zəlzələ bu gün yerli vaxtla saat 08:40-da qeydə alınıb.
Bildirilib ki, maqnitudası 3,4 olan zəlzələ ocağı 30 kilometr dərinlikdə olub.






