Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrail ordusu Livanda “Hizbullah” hədəflərinə yeni zərbələr endirib
İsrail ordusu Livanda “Hizbullah” hədəflərinə yeni zərbələr endirib

İsrail ordusu gecə saatlarında Livan ərazisində yerləşən “Hizbullah”a məxsus bir sıra hədəflərə yeni hava zərbələri endirdiyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Açıqlamada bildirilir ki, əməliyyat zamanı əsas hədəflərdən biri Livanın şərqində, Bəkaa vadisində yerləşən yeraltı obyekt olub. İsrail tərəfinin iddiasına görə, həmin məkanda “Hizbullah” silahlıları üçün silah istehsalı həyata keçirilirdi. Ordunun məlumatında qeyd olunub ki, zərbələr təşkilatın hərbi potensialını zəiflətmək məqsədi daşıyıb.

Bununla yanaşı, Livanın cənubunda yerləşən Tir şəhəri ətrafında “Hizbullah”a aid olduğu bildirilən digər hərbi obyektlərin də vurulduğu bildirilib. İsrail ordusu hücumların “təhlükəsizlik təhdidlərinin qarşısını almaq” məqsədilə həyata keçirildiyini vurğulayıb.

Hələlik Livan tərəfi və “Hizbullah” tərəfindən hücumların nəticələri, dağıntılar və mümkün itkilərlə bağlı rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, son aylarda İsrail-Livan sərhədində vəziyyət gərgin olaraq qalır. Qəzza zolağında davam edən müharibə fonunda İsrail ordusu ilə “Hizbullah” arasında qarşılıqlı hücumlar mütəmadi xarakter alıb. Beynəlxalq ictimaiyyət bölgədə genişmiqyaslı münaqişə riskinin artmasından narahatlığını ifadə edir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »