Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya 2026-cı ildən almaz ixracına rüsum tətbiq etməyi planlaşdırır
Rusiya 2026-cı ildən almaz ixracına rüsum tətbiq etməyi planlaşdırır

Rusiya hakimiyyəti 2026-cı ildən etibarən almaz ixracına gömrük rüsumlarının tətbiqinə ümid edir.

Bizimyol.info xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın maliyyə nazirinin müavini Aleksey Moiseyev məlumat verib.

“Ümid edirəm ki, bu il”, – deyə o, rüsumların nə vaxt tətbiq olunacağı ilə bağlı suala cavabında bildirib.

Nazir müavini əlavə edib ki, rüsumlar bütün daşlara deyil, yalnız Rusiya sərhədləri daxilində iqtisadi cəhətdən səmərəli hesab olunan almazlara şamil ediləcək.

O, həmçinin bu addımı qoruyucu tədbir adlandırıb. Moiseyevin sözlərinə görə, Rusiya ÜTT-yə qoşulduqdan sonra rüsumların ləğv edilməsi nəticəsində almaz sənayesi demək olar ki, məhv olmaq təhlükəsi ilə üzləşmişdi.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »