Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Diplomatiya və təzyiq arasında: ABŞ-ın İran siyasəti
Diplomatiya və təzyiq arasında: ABŞ-ın İran siyasəti

Vaşinqtonun əsas hədəfi rəsmi olaraq İranın nüvə proqramını və uzunmənzilli raket potensialını məhdudlaşdırmaq kimi təqdim olunur. Lakin bəzi analitik yanaşmalara görə, bu siyasət regionda təhlükəsizlik balansının dəyişməsinə və dolayısı ilə siyasi xəritənin yenidən formalaşmasına təsir göstərə bilər.

ABŞ-ın addımları təkcə hərbi gücün zəiflədilməsi ilə məhdudlaşmayıb, eyni zamanda regional təsir mexanizmlərinin yenidən tənzimlənməsini də əhatə edir. Buna görə də Vaşinqtonun strategiyası həm təhlükəsizlik, həm də geosiyasi balans kontekstində qiymətləndirilir.

Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki,Vaşinqtonun əsas hədəfi rəsmi açıqlamalara əsasən İran rejiminin nüvə fəaliyyətlərinin məhdudlaşdırılması, tam dayandırılması və eyni zamanda uzunmənzilli raket proqramının nəzarət altına alınmasıdır. ABŞ tərəfi bu siyasəti daha çox təhlükəsizlik və qlobal sabitlik çərçivəsində izah edir. Xüsusilə ABŞ Prezidenti Donald Trampın açıqlamalarında bu məsələlər sərt ritorika ilə təqdim olunur və İranın region üçün ciddi təhlükə mənbəyi olduğu vurğulanır.

Trampın mövqeyinə görə, məqsəd diplomatik balans yaratmaqdan çox, İranın hərbi və strateji imkanlarının məhdudlaşdırılmasıdır. Onun çıxışlarında bu rejimin regionda və qlobal miqyasda təhlükə yaratdığı, buna görə də sərt tədbirlərin qaçılmaz olduğu qeyd edilir. Eyni zamanda ABŞ tərəfi danışıqların mümkünlüyünü istisna etməsə də, əsas şərtin İranın nüvə və raket fəaliyyətlərindən imtina etməsi olduğunu bildirir.

“Tehranla Vaşinqton arasında davam edən gərginlik region ölkələrinin də təhlükəsizlik mühitinə birbaşa təsir göstərir. Xüsusilə Körfəz ölkələri və yaxın regionlar bu qarşıdurmanın dolayı risklərini daha çox hiss edirlər. Bu vəziyyət enerji təhlükəsizliyi və regional sabitlik baxımından əlavə çağırışlar yaradır. ABŞ-ın yanaşması yalnız hərbi potensialın zəiflədilməsi ilə məhdudlaşmır, daha geniş strateji təhlükəsizlik konsepsiyasına əsaslanır. Lakin bu prosesin necə və hansı mərhələlərlə həyata keçiriləcəyi hələ də ciddi müzakirə mövzusudur. Buna görə də Vaşinqton addımlarını daha çox mərhələli və nəzarətli şəkildə həyata keçirməyə üstünlük verir”-deyə siyasi şərhçi bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »