Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrail İranla müharibənin yenidən başlayacağına hazırlaşır
İsrail İranla müharibənin yenidən başlayacağına hazırlaşır

İsrail rəsmilərindən biri ölkənin İranla hərbi qarşıdurmanın yenidən başlanmasına hazırlaşdığını bildirib. Onun sözlərinə görə, mümkün əməliyyatlar bir neçə gündən bir neçə həftəyədək davam edə bilər.

Bizimyol.info xəbər verir ki, İsrailin "Channel 12" telekanalına danışan və adı açıqlanmayan hökumət nümayəndəsi qeyd edib ki, Qüdsdə Tehranla aparılan danışıqların nəticə verməyəcəyinə inanırlar.

“Amerikalılar anlayırlar ki, İranla danışıqlar heç bir nəticə verməyəcək”, — deyə o bildirib.

Rəsmisinin sözlərinə görə, İsrail yaxın vaxtlarda hərbi əməliyyatların yenidən başlaması ssenarisini nəzərdən keçirir və ABŞ tərəfinin yekun qərarını gözləyir.

“Biz bir neçə gün və ya həftə davam edə biləcək döyüş əməliyyatlarının bərpasına hazırlaşırıq və Trampın son qərarını gözləyirik. Daha ətraflı məlumat 24 saat ərzində məlum olacaq”, — deyə o vurğulayıb.

Hazırda İsrail hökuməti tərəfindən bu məlumatla bağlı rəsmi təsdiq verilməyib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »