Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moldova Gürcüstan KİV-lərinə akreditasiya hücumu təşkil edib – Kobaxidze
Moldova Gürcüstan KİV-lərinə akreditasiya hücumu təşkil edib – Kobaxidze

Moldova hakimiyyəti öz televiziyalarını bağladıqdan sonra Gürcüstan KİV-lərinə qarşı hücuma keçərək onların Avropa Şurası Nazirlər Komitəsinin 135-ci sessiyasını işıqlandırmaq üçün akreditasiyasını ləğv edib.

Bizimyol.info xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.

Əvvəl məlum olub ki, Moldova hakimiyyəti Gürcüstanın “Imedi”, “Rustavi” və “PosTV” kanallarının jurnalistlərinin akreditasiyasını geri çağırıb. Onlar Kiyevsə səfər edərək Nazirlər Komitəsinin sessiyasını işıqlandırmaq planlaşdırırdılar.

“Moldovada KİV-lərin azadlığı uzun müddətdir tapdalanır. Hazırda ölkədə yalnız iki dövlət televiziyası fəaliyyət göstərir – Dövlət Yayımçısı 1 və Dövlət Yayımçısı 2. Bu vəziyyət ümumi mənzərənin göstəricisidir, lakin Moldova buna görə tənqid olunmur. Belə şəraitdə, ölkədə iki dövlət televiziyası fəaliyyət göstərərkən, Moldova tərəfindən azad Gürcüstan KİV-lərinə hücum heç kəsi təəccübləndirmir”, – deyə Kobaxidze jurnalistlərə bildirib.

Baş nazir vurğulayıb ki, Moldova hakimiyyəti əvvəlcə ölkədə KİV-lərin azadlığını məhdudlaşdırıb, daha sonra isə Gürcüstan media orqanlarına hücum etməklə bu siyasətin məntiqi davamını təmin edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »