Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-ın İrana qarşı müharibə xərcləri 29 milyard dollara yaxınlaşır
ABŞ-ın İrana qarşı müharibə xərcləri 29 milyard dollara yaxınlaşır

ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərcləri artıq təxminən 29 milyard dollara çatıb.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Nazirliyində maliyyə üzrə müvəqqəti nazir müavini Culs Herst məlumat verib.

Aprelin sonunda Müdafiə Nazirliyi İrana qarşı müharibənin xərclərinin təxminən 25 milyard dollar olduğunu bildirmişdi. “İndi bu məbləğin 29 milyard dollara yaxın olduğunu hesab edirik”, – deyə Herst ABŞ Konqresinin Nümayəndələr Palatasının ayrılmış vəsaitlər komitəsində keçirilən dinləmələrdə söyləyib.

Herst qeyd edib ki, yenilənmiş xərclərə avadanlıqların təmiri və əvəzlənməsi, həmçinin regiondakı personalın saxlanması üzrə əməliyyat xərcləri daxildir.

ABŞ və İsrail 28 fevral tarixində İrana qarşı hərbi əməliyyatlara başlayıblar. 7 aprel tarixində ABŞ Prezidenti Donald Tramp İslam Respublikasına qarşı iki həftəlik qarşılıqlı atəşkəs elan edib. İran tərəfinin məlumatına görə, müharibənin 40 günü ərzində ABŞ-İsrail zərbələri nəticəsində 3 375 iranlı həyatını itirib.

11 aprel tarixində Tehran və Vaşinqton İslamabadda danışıqlar aparıblar, lakin tərəflər bir sıra fikir ayrılıqları səbəbindən münaqişənin uzunmüddətli həlli barədə razılığa gələ bilməyiblər. 21 aprel tarixində ABŞ Prezidenti İrana qarşı atəşkəs rejiminin uzadılacağını elan edib. İran dövlət televiziyasının məlumatına görə, Tehran Vaşinqtonun birtərəfli şəkildə elan etdiyi atəşkəsin uzadılmasını tanımayacaq və öz maraqlarına uyğun hərəkət edəcək.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »