Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran yüksək zənginləşdirilmiş uranı ölkədən çıxarmaqdan imtina edib
İran yüksək zənginləşdirilmiş uranı ölkədən çıxarmaqdan imtina edib

İran zənginləşdirilmiş uranın ölkə xaricinə çıxarılmasından imtina edib və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nəzarəti altında uranın zənginləşdirmə səviyyəsini özü azaltmağa hazır olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, ABŞ uranın zənginləşdirilməsinin 20 il müddətinə dayandırılmasını tələb edib, lakin Tehran bu şərti qəbul etməyib. İran tərəfi uranın zənginləşdirmə səviyyəsini özünün mərhələli şəkildə azalda biləcəyini bildirib.

Eyni mənbənin sözlərinə görə, Vaşinqton İranın yüksək zənginləşdirilmiş uranının Rusiyaya göndərilməsi ideyasından imtina edib və bunun üçün üçüncü bir ölkənin nəzərdən keçirilməsini təklif edib.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın İranın zənginləşdirilmiş uranı məsələsinin Tehranın maraqlarına uyğun şəkildə həllində vasitəçi rol oynamağa hazır olduğunu bildirmişdi. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə ABŞ-ın hazırda bu təklifə maraq göstərmədiyini qeyd etmişdi.

Rusiya Prezidenti Vladimir Putin 9 mayda jurnalistlərə açıqlamasında Moskvanın İran uranının ölkədən çıxarılması ilə bağlı təklifinin qüvvədə qaldığını bir daha təsdiqləyib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »