Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeni pandemiya qorxusu: Hantavirus və "Covid-19" arasında fərqlər
Yeni pandemiya qorxusu: Hantavirus və "Covid-19" arasında fərqlər

Argentinanın Uşuaya limanından çıxan "MV Hondius" gəmisində hantavirus aşkarlanıb. Gəmidəki sərnişinlərdən üç nəfər həyatını itirib, digər səyahətçilər isə karantin və tibbi müşahidə altına alınıb.

Bizimyol.info xəbər verir ki, Ümumdünya Səyiyyə Təşkilatı (ÜST) xəstəliyin nadir bir hantavirus növü olan və insandan insana keçə bilən Andes növü olduğunu təsdiqləyib.

Hantavirusun "Covid-19"dan əsas fərqləri yoluxuculuq və ölüm riskidir: virus daha ölümcül olsa da, daha az yoluxur. Dr. Semih Tareen bildirir ki, Andes varyantı insandan insana nadir hallarda keçə bilir və sürətli mutasiya ehtimalı çox aşağıdır. Dr. Songül Özer də hantavirüsün kütləvi yayılma potensialının "Covid-19"dan xeyli aşağı olduğunu vurğulayır.

İnkubasiya dövrü 2-5 həftədir, ÜST 40 günlük karantin tövsiyə edir. Ölüm riski Amerikada 20-60%, Asiya və Avropada isə 1-15% həcmindədir.

Qorunma üçün riskli təmaslardan uzaq durmaq, gəmiricilərlə təmasın mümkün olduğu yerlərdə təmizlik və havalandırmaya diqqət vacibdir. Hazırda hantavirusa qarşı geniş istifadə olunan peyvənd mövcud deyil.

Hantavirus daha az yoluxucu, amma ağır hallarda ölüm riski yüksəkdir; "Covid-19" kimi sürətlə yayılma ehtimalı çox aşağıdır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »