Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Meta" ABŞ-da yaşlıları aldadmaqda ittiham olunur
"Meta" ABŞ-da yaşlıları aldadmaqda ittiham olunur

ABŞ-da "Meta Platforms Inc." şirkətinə qarşı qəsdən fırıldaqçılığı təşviq etməkdə ittihamlarla məhkəmə iddiası irəli sürülüb. Santa-Klara dairəsinin hakimiyyəti bildirir ki, "Facebook" və "Instagram" sosial şəbəkələri saxta elanlar üçün platforma rolunu oynayır və bu, şirkətə böyük mənfəət gətirir.

Bizimyol.info xəbər verir ki, Texnologiya nəhəngi əleyhinə iddia Santa-Klara dairəsinin vəkili Toni Lopresti tərəfindən verilib. Sənəddə göstərilir ki, "Meta" yalnız saxta reklamların yerləşdirilməsinə icazə vermir, eyni zamanda həmin elanları izləyərək ildə təxminən 7 milyard dollar gəlir əldə edir. Fırıldaqçılığın əsas hədəfi şirkət platformalarında yaşlı insanlar və onların ailələridir.

Loprestiyə görə, "Meta" üzərindən geniş spektrdə şübhəli xidmət və məhsullar təbliğ olunur: saxta maliyyə məhsulları, kriptovalyuta fırıldaqları, ölümcül xəstəliklərə qarşı “möcüzə dərmanlar” və faydasız qida əlavələri. Həmçinin məşhurların saxta hesabları yaradılır və fırıldaqçılar istifadəçilərdən pul ianələri tələb edir. İddia çərçivəsində dairə hakimiyyəti belə fəaliyyətin məhkəmə qadağasını, mülki cərimələrin tətbiqini və zərərçəkmişlərin itirdiyi vəsaitin geri qaytarılmasını tələb edir.

Qeyd etmək lazımdır ki, Santa-Klara dairəsində "Meta" şirkətinin bir çox əməkdaşı və baş direktoru Mark Zukerberq yaşayır, baxmayaraq ki, şirkətin mərkəzi ofisi qonşu San-Mateo dairəsində yerləşir.

"Meta" ittihamları qəti şəkildə rədd edir və iddia ilə məhkəmədə mübarizə aparmağa hazırlaşır. Şirkət nümayəndələri bildiriblər ki, iddialar onların niyyətlərini təhrif edir və istifadəçilərin qorunması üçün gördükləri səyləri görməzdən gəlir. "Meta"nın məlumatına görə, yalnız 2025-ci ildə 159 milyondan çox saxta elan silinib. “Biz fırıldaqçılığa qarşı aktiv mübarizə aparırıq, çünki bu həm bizə, həm də xidmətlərimizə güvənən insanlara zərər verir”, — deyə şirkətin mətbuat xidməti açıqlama verib.

Qeyd etmək lazımdır ki, reklam şirkətin əsas gəlir mənbəyidir: 2025-ci ildə ümumi satış 200 milyard dolları keçib. Lakin dairənin vəkilləri iddia edirlər ki, bu uğurun böyük bir hissəsi istifadəçiləri aldatmağa xidmət edən elanlara əsaslanır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »