Ermənistanda 7 iyun 2026-cı il parlament seçkilərinə hazırlıq olaraq seçkiqabağı kampaniya rəsmi olaraq start götürüb. Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərdə iştirak üçün 19 siyasi qüvvəni qeydiyyatdan keçirib.
Bizimyol.info xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat verib.
Qeydiyyatdan keçmiş siyasi qüvvələr arasında “Vətəndaş Müqaviləsi”, “Rifahda Ermənistan”, “Şnorapetakan Ayastan”, “Güclü Ermənistan” Bloku, “Birləşmə Qanadları”, “İşıqlı Ermənistan”, Reformist Partiyalar, Milli-Demokratik Pol və digər 12 siyasi qüvvə yer alır.
Seçkiqabağı kampaniyanın açılış tədbirləri artıq 8 may tarixində başlayıb.
Seçkiqabağı kampaniya 5 iyuna qədər davam edəcək, 6 iyun “səssizlik günü” olacaq və seçkilər planlaşdırıldığı kimi 7 iyunda keçiriləcək.
Bu seçkilər Ermənistan siyasi həyatında böyük əhəmiyyət kəsb edir, ölkənin gələcək parlamentində 19 siyasi qüvvənin iştirak edəcəyi gözlənilir. Seçkiqabağı kampaniyaların müxtəlif regionlarda aktiv şəkildə aparılması seçicilərlə birbaşa ünsiyyət və proqramların təqdimatı baxımından önəm daşıyır.
Qeyd edək ki, Ermənistanda keçiriləcək seçkilərin nəticələri təkcə ölkə üçün deyil, region üçün də xüsusi əhəmiyyət daşıyır. Əgər Paşinyan yenidən qalib gələrsə, bu, həm Ermənistanda, həm də ümumilikdə bölgədə Rusiyanın mövqelərinin daha da zəifləməsi demək olacaq. Qərb isə müstəqil Ermənistan yaratmaq planlarını genişləndirməyə çalışacaq. Əks halda, Rusiya Ermənistanı nəzarətdə saxlamaq üçün ölkəni daha çox asılı vəziyyətə gətirməyə çalışacaq.
Qadir, Bizimyol.info






