Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"WUF13" öncəsi Bakıda mühüm müzakirələr: media yeni rolunu gücləndirir
"WUF13" öncəsi Bakıda mühüm müzakirələr: media yeni rolunu gücləndirir

Bu gün Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda III Forumda səslənən fikirlər göstərdi ki, media artıq prosesləri izləyən deyil, onları formalaşdıran əsas alətlərdən birinə çevrilib.

Forumun açılışı ənənəvi protokol çərçivəsində keçirildi.

Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin yad edilməsi fonunda tədbirin ideoloji xətti də aydın görünürdü.

MEDİA-nın icraçı direktoru Əhməd İsmayılovun çıxışı isə forumun əsas istiqamətlərini müəyyənləşdirdi.

"WUF13" çərçivəsində təşkil olunan məlumatlandırma sessiyalarının qeyd edilməsi medianın artıq şəhərsalma kimi spesifik sahələrdə belə aktiv rol oynadığını göstərir.

Əhməd İsmayılovun vurğuladığı məqam Azərbaycanın şəhərsalma sahəsində qazandığı uğurların beynəlxalq səviyyədə qəbul olunması əslində ölkənin yeni imic xəttinin formalaşmasından xəbər verir.

Qeyd edildi ki, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunub və bu, daha çox uzunmüddətli strategiyanın tərkib hissəsidir.

Daha sonra “Şəhərsalma və Memarlıq İli”ndə media gündəmi ” panel sessiyası keçirildi.

Panel müzakirələrində çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Mətin Hüseynov bildirdi ki, şəhərsalma artıq yalnız tikinti ilə ölçülmür — ekoloji balans, alternativ enerji, tullantıların idarə olunması kimi məsələlər də bu anlayışın ayrılmaz hissəsinə çevrilib.

Diqqətimizi çəkən məqamlardan biri də işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işlərinin vurğulanması oldu.

Mətin Hüseynov həmçinin bildirib ki, son illərdə Bakı şəhərində IDEA İctimai Birliyi ilə birgə çoxsaylı layihələr icra olunub.

Eyni zamanda Atatürk, Nizami Gəncəvi, Gənclik və Xəqani bağı kimi parklar tamamilə yenidən qurulub.

Forum çərçivəsində səsləndirilən digər mühüm məqamlardan biri isə qarşıdan gələn "WUF13" tədbiri ilə bağlı oldu.

"WUF13" Azərbaycan Əməliyyat Şirkətinin Məzmun və Media Əlaqələri üzrə Baş Meneceri Eldar Rəsulov qeyd etdi ki, 800-dən artıq media nümayəndəsinin akkreditasiyadan keçib, 40 əsas sessiyanın planlaşdırılılıb.

Bu da keçiriləcək tədbirin miqyasını aydın şəkildə ortaya qoyur.

Eldar Rəsulov həmçinin qeyd edib ki, 17–22 mayda Bakıda keçirilməsi nəzərdə tutulan Ümumdünya Şəhərsalma Forumunun On üçüncü sessiyasında (WUF13) media mərkəzinin yaradılması da nəzərdə tutulur.

İradə Cəlil,Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »