Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna dronları Rusiyanın ən böyük neft emalı zavodlarından birinə zərbə endirib
Ukrayna dronları Rusiyanın ən böyük neft emalı zavodlarından birinə zərbə endirib

Ukrayna xüsusi xidmət orqanları yenidən Perm şəhərində obyektlərə hücum edərək Rusiyanın ən iri neft emalı zavodlarından biri olan “Lukoyl-Permnaftoorgsintez” infrastrukturuna zərbə vurub.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, UTX-nin “Alfa” Xüsusi Əməliyyatlar Mərkəzinin pilotsuz uçuş aparatları ikinci gündür ardıcıl olaraq Perm yaxınlığındakı neft infrastrukturlarına uğurlu zərbələr endirir. “Bu gün Lukoyl-Permnaftoorgsintez zavodunda yanğın başlayıb. Zavod Ukraynadan 1500 km-dən çox məsafədə yerləşir”, – deyə UTX-nin açıqlamasında bildirilir.

Qeyd olunur ki, bu, illik istehsal gücü təxminən 13 milyon ton olan Rusiyanın ən iri neft emalı zavodlarından biridir və həm mülki sektoru, həm də Rusiya ordusunu yanacaqla təmin edir.

Əvvəlcədən verilən məlumatlara görə, zavodda əsas neft emalı qurğusu olan "AVT-4" təsirə məruz qalıb. Hücum nəticəsində vakuum və atmosfer rektifikasiya kolonları yanıb, bu da qurğunun əslində sıradan çıxmasına səbəb olub.

Həmçinin 30 aprel tarixində UTX “Perm” istehsal-dispetçer stansiyasına ikinci dəfə zərbə endirib. Bu stansiya Lukoyl-Permnaftoorgsintez zavoduna neft təchiz edir.

Daha əvvəl, aprelin 29-u gecəsi UTX dronları Perm yaxınlığındakı neft nasos stansiyasına hücum etmişdi – bu obyekt Ukraynadan 1500 km-dən çox məsafədədir. Hücumlardan sonra ilkin məlumatlara görə, əsas istehsal-dispetçer stansiyasında yanğın baş verib. Bu stansiya Transneft sistemində neftin nasosla ötürülməsi, saxlanması və paylanmasında kritik rol oynayır.

“Düşmən bunu başa düşməlidir: artıq onun "təhlükəsiz arxa cəbhəsi" yoxdur. Uzaqlıq müdafiəni təmin etmir – Ukraynaya qarşı işləyən hər bölgə zərbə üçün əlçatandır. UTX uzun məsafələrdə uğurlu zərbələr endirmək qabiliyyətini nümayiş etdirib və belə obyektləri sistemli şəkildə vurmağa davam edəcək”, - deyə UTX-nin məlumatında qeyd edilir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »