Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qalibaf neftin qiymətinin bir barelinin 140 dollara qalxacağını gözləyir
Qalibaf neftin qiymətinin bir barelinin 140 dollara qalxacağını gözləyir

ABŞ-ın İranın dəniz blokadasına dair siyasəti neftin qiymətinin barelə görə 140 dollara yüksəlməsinə səbəb olacaq.

Bizimyol.info xəbər verir ki, bunu İranın təkpalatlı parlamenti (Məclis) spikeri və ABŞ-la danışıqlarda nümayəndə heyətinin rəhbəri Məhəmməd Baqir Qalibaf deyib.

“Bu, ABŞ administrasiyasının Maliyyə naziri Skott Bessent kimi şəxslərdən aldığı faydasız məsləhətlərdən biridir. Onlar İran blokadasını dəstəkləyərək neftin qiymətini artıq 120 dollar və üzərinə qaldırıblar. Növbəti dayanacaq – 140 dollar olacaq”, - deyə spiker qeyd edib.

O əlavə edib ki, ABŞ-ın problemi “nəzəriyyədə deyil, düşüncə tərzindədir”.

Xəbərdə həmçinin vurğulanır ki, ABŞ və İsrail fevralın 28-də İranla müharibəyə başlayıb. Aprelin 7-də ABŞ Prezidenti Donald Tramp İslam Respublikası ilə iki həftəlik qarşılıqlı atəşkəsi elan edib. İranın məlumatına görə, 40 günlük müharibə dövründə amerika-izrail zərbələri nəticəsində 3 375 iranlı həlak olub.

Aprelin 11-də Tehran və Vaşinqton İslamabadda danışıqlar aparsa da, tərəflər uzunmüddətli sülh sazişi üzrə razılığa gələ bilməyiblər. Aprelin 21-də ABŞ Prezidenti atəşkəs rejimini uzatmağı planlaşdırdığını açıqlayıb. İran dövlət televiziyasının məlumatına görə, Tehran Vaşinqtonun birtərəfli şəkildə elan etdiyi atəşkəs uzadılmasını tanımayacaq və öz maraqları üzrə hərəkət edəcək.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »