İranın xarici işlər naziri Abbas Əraqçi Rusiyaya səfər edib və onun Vladimir Putin tərəfindən qəbul olunacağı gözlənilir.
Bizimyol.info xəbər verir ki, bu barədə İranın IRNA xəbər agetliyi məlumat yayıb.
Agentliyin bildirdiyinə görə, Abbas Əraqçi aprelin 27-si səhər saatlarında Sankt-Peterburqa gedib.
Daha əvvəl xəbər verilmişdi ki, səfər çərçivəsində İran diplomatiyasının rəhbəri Yaxın Şərqdəki münaqişənin nizamlanması məsələlərini müzakirə etməyi planlaşdırır. Rusiya Xarici İşlər Nazirliyi də mətbuata Əraqçinin Rusiyaya danışıqlar aparmaq məqsədilə səfər etdiyini təsdiqləyib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə dövlət başçısının iranlı nazir ilə görüşünün planlaşdırıldığını bildirib.
Bizimyol.info






