Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran və ABŞ arasında sülh danışıqları iflasa uğrayıb
İran və ABŞ arasında sülh danışıqları iflasa uğrayıb

Fars körfəzində müharibənin dayandırılması ilə bağlı yeni razılaşma cəhdi faktiki olaraq başlamadan uğursuzluğa düçar olub. Danışıqlar üçün platforma təqdim edən Pakistanın paytaxtı İslamabaddan hər iki tərəf öz nümayəndələrini geri çağırıb.

Bizimyol.info xəbər verir ki, ABŞ prezidenti Donald Trump sosial şəbəkədə yazıb ki, o, nümayəndələrinin İslamabada səfərini ləğv edib.

“Səfərlərə çox vaxt gedir, iş isə çoxdur! Bundan əlavə, İran rəhbərliyinin daxilində ciddi fikir ayrılıqları və qarışıqlıq hökm sürür. Heç kim kimin əsas şəxs olduğunu bilmir, özləri də daxil olmaqla. Üstəlik, bütün üstünlüklər bizdədir, onlarda isə heç nə yoxdur. Əgər danışmaq istəyirlərsə, sadəcə zəng etməlidirlər”, - deyə o qeyd edib.

Reuters yazır ki, İranın xarici işlər naziri Abbas Əraqçi də danışıqlarda irəliləyiş olmadan İslamabaddan ayrılıb. O, Pakistanın baş naziri Şahbaz Şərif və digər yüksək vəzifəli şəxslərlə görüşlər keçirsə də, ABŞ nümayəndə heyətinin gəlişini gözləməyib.

Tehran ABŞ-la birbaşa danışıqların yeni raundunu istisna edib. İranlı diplomatik mənbə bildirib ki, ölkə Vaşinqtonun “maksimalist tələblərini” qəbul etməyəcək.

Xatırladaq ki, bir aydan çox davam edən aktiv döyüşlərdən sonra İran və ABŞ Pakistanın vasitəçiliyi ilə aprelin əvvəlində iki həftəlik atəşkəs barədə razılığa gəlmişdi. ABŞ bu atəşkəsi birtərəfli qaydada uzadıb, lakin konkret müddətlər açıqlanmayıb. Hazırda əsas döyüş əməliyyatları dayandırılsa da, atəşkəs kövrək olaraq qalır: İsrailin Livanda “Hizbullah”a qarşı zərbələri və İranın Hörmüz boğazında kommersiya gəmilərinə hücumları qeydə alınır.

Eyni zamanda tərəflər Hörmüz boğazında qarşılıqlı blokada tətbiq edib. İran müharibənin əvvəlindən bu marşrutdan onun icazəsi olmadan keçən gəmilərə hücum edir. ABŞ isə aprelin 13-dən etibarən İran limanlarına qarşı dəniz blokadası tətbiq edərək, İrana gedən və ya oradan çıxan gəmiləri saxlayır. Hər iki tərəf qarşı tərəfin addımlarını atəşkəsin pozulması hesab edir və mövcud vəziyyətdən çıxış yolu görünmür.

İslamabadda keçirilən danışıqlar isə İran rəhbərliyindəki daxili fikir ayrılıqları və tərəflərin bir-birini istisna edən tələbləri səbəbindən nəticəsiz qalıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »