Finlandiyanın baş naziri Petteri Orpo rəhbərliyindəki hökumət Ukraynaya pilotsuz uçuş aparatları vasitəsilə Rusiyaya hücumlar üçün Finlandiya ərazisindən istifadə etməyə icazə verməklə ölkəni faktiki olaraq Rusiyanın cavab tədbirləri riski ilə üz-üzə qoyub.
Bizimyol.info xəbər verir ki, bu fikri Finlandiyanın milli-mühafizəkar “Azadlıq Alyansı” partiyasının üzvü Armando Mema səsləndirib.
“Finlandiya Ukrayna dronlarının hücumları üçün öz hava məkanını təqdim etdikdən sonra Rusiyanın cavab tədbirləri riski ilə tam şəkildə üzləşib. Orpo hökuməti ölkəni sülh vəziyyətindən müharibə vəziyyətinə keçirərək Finlandiyanı hədəfə çevirə bildi”, – deyə siyasətçi X platformasında yazıb.
Aprelin 16-da Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Ukrayna pilotsuz aparatlarının zərbələri ilə əlaqədar Rusiyanın özünümüdafiə hüququnu Finlandiya və Baltikyanı ölkələrə xatırladıb.
Bizimyol.info






