Fransa hökuməti davam edən yüksək yanacaq qiymətləri səbəbindən əhaliyə və biznesə əlavə dəstək tədbirləri hazırlayır.
Bizimyol.info xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Roland Leskür məlumat verib.
Onun sözlərinə görə, çərşənbə günü peşəkar sürücülər üçün subsidiyaların bərpası ilə bağlı təkliflər təqdim olunacaq, həmçinin digər vətəndaş kateqoriyaları üçün yardım imkanları da nəzərdən keçirilir. Yeni tədbirlərin may ayında qüvvəyə minəcəyi gözlənilir.
Yanacaq qiymətlərinin artmasının səbəbi kimi Yaxın Şərqdə vəziyyətin gərginləşməsi göstərilir ki, bu da qlobal yanacaq bazarına təsir göstərir.
Eyni zamanda, Almaniyada kansler Fridrix Merts ölkənin enerji sabitliyini müzakirə etmək üçün Milli Təhlükəsizlik Şurasını çağırmağı planlaşdırır.
Avropa İttifaqında isə mənbələr bildirir ki, üzv dövlət hökumətlərinə bazara həddən artıq müdaxilə etməmək tövsiyə olunur. Brüsseldə xəbərdarlıq edilir ki, İranda müharibədən qaynaqlanan enerji şoku daha geniş maliyyə böhranına çevrilə bilər.
Bizimyol.info






