Pakistanın Daxili İşlər naziri Mohsin Nakvi və İranda İslamabadda səfir olan Reza Amiri Mogadam ABŞ və İran arasında mümkün ikinci raund danışıqlarına hazırlığı müzakirə ediblər.
Bizimyol.info xəbər verir ki, bu barədə Pakistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə ABŞ və İran arasındakı ikinci raund danışıqlara hazırlıq mövzusu müzakirə olunub. Nazirlik vurğulayıb ki, uzunmüddətli həll yollarının tapılması və gərginliyin diplomatiya və danışıqlar yolu ilə azaldılması vacibdir.
Görüşdə həmçinin İslamabadın baş komissarı, onun müavini və federal paytaxt polisinin baş inspektoru iştirak edib.






