Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran XİN: ABŞ-la danışıqların yeni tarixi müəyyənləşməyib
İran XİN: ABŞ-la danışıqların yeni tarixi müəyyənləşməyib

İran və ABŞ arasında keçiriləcək növbəti danışıqların tarixi hələ müəyyən edilməyib və bu, yalnız çərçivə şərtləri razılaşdırıldıqdan sonra mümkün olacaq.

Bizimyol.info xəbər verir ki, bunu İslam Respublikasının xarici işlər nazirinin müavini Səid Xatibzadə bildirib.

“Çərçivə şərtləri üzrə razılıq əldə olunmayınca, biz tarix təyin edə bilmərik”, – deyə o, Antaliya Diplomatik Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib. Diplomatın mətbuatla söhbətinin videogörüntüsünü Qətərin “Al Jazeera” telekanalı yayımlayıb.

Xatibzadənin sözlərinə görə, tərəflər “ciddi irəliləyiş” əldə ediblər. “Lakin qarşı tərəfin maksimalist yanaşması razılaşmaya gəlməyə imkan verməyib”, – deyə o vurğulayıb. Nazir müavini bildirib ki, ABŞ-ın irəli sürdüyü tələblər İranın “beynəlxalq hüquqdan istisna” vəziyyətinə salınması anlamına gələrdi.

“Mən açıq şəkildə demək istəyirəm: İran beynəlxalq hüquqdan kənar istisna olmağa razılaşmayacaq. Razılaşacağımız hər şey beynəlxalq hüquqa uyğun olmalıdır”, – deyə Xatibzadə əlavə edib, lakin detalları açıqlamayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »