ABŞ Prezidenti Donald Tramp cümə günü İrana dair “çox da pis olmayan xəbərlər” aldığını bildirib, lakin təfərrüatlara girməyib.
Bizimyol.info xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri, Vaşinqtona gedərkən təyyarəsində jurnalistlərin suallarına cavab verərkən bildirib.
Onun sözlərinə görə, “çox yaxşı xəbərlər gəlib”. “Görünür, Yaxın Şərqdə, xüsusilə İrana münasibətdə vəziyyət yaxşıdır”, – deyə Tramp əlavə edib. “Bunu yaxın vaxtlarda öyrənəcəksiniz. Bu, baş verməli olan bir şeydir və hesab edirəm ki, baş verəcək”, - deyə o, əlavə detallar açıqlamaqdan imtina edib.
Bizimyol.info






