Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrail və ABŞ ilə 40 gün davam edən müharibənin nəticələrindən sonra İrana humanitar yardım məqsədilə 12 milyon dollar vəsait ayırıb.
Bizimyol.info xəbər verir ki, bu barədə BMT-nin humanitar məsələlər üzrə rəhbəri Tom Fletçer məlumat verib. Onun sözlərinə görə, ayrılan vəsait əhaliyə dəstək göstərilməsi və həyati əhəmiyyətli xidmətlərin bərpasına yönəldiləcək.
“Minlərlə mülki şəxs həlak olub. İnfrastruktur dağıdılıb. Həyati vacib xidmətlərin fəaliyyəti pozulub”, – deyə Fletçer humanitar böhranın miqyasını şərh edərkən bildirib.
O qeyd edib ki, ayrılan maliyyə BMT tərəfdaşlarına təcili yardımın həcmini genişləndirməyə və ən çox zərər görmüş bölgələrdə əhaliyə dəstək göstərməyə imkan verəcək.
Gözlənilir ki, vəsait əhalinin ilkin tələbat malları ilə təmin olunmasına, tibbi yardımın göstərilməsinə və əsas infrastrukturun bərpasına sərf ediləcək.
Qadir, Bizimyol.info






