Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlahiyyatçıdan açıqlama: “Qan tökmək və baş yarmaq dinimizdə haramdır”
İlahiyyatçıdan açıqlama: “Qan tökmək və baş yarmaq dinimizdə haramdır”

“Müasir dövrdə Kərbəla hadisəsi yalnız dini mövzu kimi deyil, insan hüquqları, ədalət və mənəvi müqavimət nümunəsi kimi də araşdırılır. Dünyanın müxtəlif universitetlərində aparılan tədqiqatlarda İmam Hüseynin şəxsiyyəti etik liderlik, sosial ədalət və mənəvi dirəniş modeli kimi təqdim edilir. Qərb alimləri də Kərbəlanı tarixin ən təsirli vicdan hadisələrindən biri adlandırırlar”.

Bu barədə Bizimyol.info xəbər portalına ilahiyyatçı Əkrəm Həsənov danışıb.

O bildirib ki, bu səbəbdən Məhərrəmlik yalnız keçmişə ağlamaq deyil. Bu ay insanın öz vicdanına baxması, həyatını yenidən dəyərləndirməsi, haqqa və ədalətə münasibətini yoxlaması üçün bir fürsətdir. Kərbəla bizə öyrədir ki, say çoxluğu həmişə haqq demək deyil. Bəzən tarix bir ovuc insanın həqiqət uğrunda göstərdiyi fədakarlıqla dəyişir”, deyə o bildirib.

İlahiyyatçının sözlərinə görə, bu gün də Məhərrəmin əsas mesajı budur: insan zülmə qarşı susmamalı, haqqı müdafiə etməli, ehtiyacı olanlara yardım etməli və vicdanını heç bir mənfəətə dəyişməməlidir. Kərbəla hadisəsinin əsrlər keçməsinə baxmayaraq, unudulmamasının səbəbi də məhz budur.

Bu ayda bəzi məzhəblərin etdiyi ağlaşma, sinə vurmaq, ələm qaldırmaq, uşaqların başını yarmaq, qan tökmək, səhnələr qurub nümayişkaranə şəkildə ağlamaq isə dinimizdə günahdır, haramdır və qadağandır. Belə ayinləri edənlər ölkəmizdə təxribat yaratmaq istəyən və Azərbaycana qarşı düşmən mövqedə olan hansısa ölkənin siyasi alətinə çevrilən şəxslərdir. Ona görə də dinimizdə yeri olmayan belə ayinləri icra edənlərə qarşı sərt tədbirlər görülməlidir. Onlara dinimizin əslini izah etmək lazımdır ki, başqa ölkənin siyasi alətinə aldanmasınlar”, deyə ilahiyyatçı bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »