Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BTC ilə indiyədək 557 mln. tona yaxın Azərbaycan nefti nəql olunub
BTC ilə indiyədək 557 mln. tona yaxın Azərbaycan nefti nəql olunub

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə bugünədək 557 milyon tona yaxın Azərbaycan nefti nəql edilib.

Bu barədə “Bizimyol.info” Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, 20 il əvvəl – 2006-cı ilin 4 iyun tarixində BTC ilə nəql edilmiş ixrac xam nefti yüklənmiş ilk tanker yola salınıb.

BTC boru kəməri vasitəsilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlarından hasil edilən neft və “Şahdəniz” yatağından hasil olunan kondensat Azərbaycandan nəql edilir. BTC boru kəməri Səngəçal terminalından başlayıb Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçərək Aralıq dənizinin Türkiyə sahilindəki Ceyhan dəniz terminalınadək uzanır.

2006-cı ilin iyun ayından istismara verilən BTC boru kəmərinin neftlə doldurulmasına 2005-ci il may ayının 10-da başlanılıb və #xamneft Ceyhan terminalına 2006-cı il mayın 28-də çatıb.

Son xəbərlər
Bütün xəbərlər »