ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Hörmüz boğazından gəmilərin keçidini faktiki olaraq bağlamasına görə İranın hərəkətlərini qınayıb.
Bizimyol.info xəbər verir ki, Vens bu barədə "Fox News" kanalına müsahibəsində Tehranın qərarını şərh edərkən bildirib.
Vitse-prezident İran hakimiyyətinin bu addımlarını bütün dünya üçün iqtisadi terrorizm kimi qiymətləndirib və bildirib ki, bu addım bu marşrut üzrə hərəkət edən bütün gəmiləri təhlükə altında qoyur.
ABŞ administrasiyası isə İran limanlarının blokadasını dəniz ticarətindəki destabilizasiyaya cavab olaraq simmetrik tədbir kimi əsaslandırır. “Bu oyunda iki tərəf iştirak edə bilər”, – deyə Vens vurğulayıb. O əlavə edib ki, əgər İran beynəlxalq dəniz nəqliyyatını bloklayırsa, ABŞ prinsiplə hərəkət edəcək və heç bir İran gəmisinin açıq dənizə çıxmasına imkan verilməyəcək.
İran sahilində dəniz blokadasına cavab olaraq, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) sərt tədbirlər görəcəyini vəd etdiyi bildirilir. İran rəsmiləri artıq dünya iqtisadiyyatı və sıravi amerikalı istehlakçılar üçün ciddi nəticələr barədə xəbərdarlıq ediblər.
Qadir, Bizimyol.info






