İran və ABŞ nümayəndə heyətləri qarşıdurmanın həlli ilə bağlı danışıqlara İslamabadda başlayıblar.
Bizimyol.info xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
"Tasnim" xəbər agentliyinin veriyi məlumata görə, İran nümayəndə heyəti ABŞ tərəfinə qarşı etimadsızlığa və əvvəlki danışıqlarda ABŞ-ın öhdəliklərini pozması təcrübəsinə baxmayaraq, Pakistan vasitəçiliyi ilə keçirilən bu raundda iştirak etməyə razılıq verib.
Bizimyol.info






