Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp ABŞ-ın İranla danışıqlardakı əsas tələblərini açıqlayıb
Tramp ABŞ-ın İranla danışıqlardakı əsas tələblərini açıqlayıb

ABŞ-ın gələcək İran danışıqlarındakı əsas tələbi Tehran tərəfindən nüvə silahının əldə edilməməsidir.

Bizimyol.info xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ Prezidenti Donald Tramp məlumat verib.

“Heç bir nüvə silahı olmayacaq. Bu, hər şeydən önəmlidir”, – deyə o, İrana qarşı “yaxşı razılaşma” meyarının nə olduğunu soruşan jurnalistlərin sualına cavab verib. “Heç bir nüvə silahı. Bizim üçün bu, 99%-dir”, – deyə ABŞ lideri əlavə edib. İran hökuməti isə əvvəllər dəfələrlə bəyan edib ki, nüvə silahı əldə etməyə çalışmır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »