Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qalibaf: "ABŞ danışıqlardan əvvəl razılaşmanın iki bəndini yerinə yetirməyib"
Qalibaf: "ABŞ danışıqlardan əvvəl razılaşmanın iki bəndini yerinə yetirməyib"

ABŞ danışıqlar başlamazdan əvvəl həyata keçirilməli olan atəşkəs şərtlərinin iki bəndini - Livanda atəşkəsi və İran aktivlərinin blokdan çıxarılmasını yerinə yetirməyib.

"Report" xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf "X" sosial şəbəkəsində bildirib.

"Tərəflər arasında qarşılıqlı razılaşdırılmış şərtlərdən ikisi hələ də həyata keçirilməyib: Livanda atəşkəs və danışıqlar başlamazdan əvvəl İran aktivlərinin blokdan çıxarılması. Bu iki şərt danışıqlar başlamazdan əvvəl yerinə yetirilməlidir", - o yazıb.

Son xəbərlər
Bütün xəbərlər »