Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran İslamabadda ABŞ-la danışıqlarda uğur gözləyir
İran İslamabadda ABŞ-la danışıqlarda uğur gözləyir

İran, Vaşinqtonun niyyətlərinə şübhə ilə yanaşsa da, ABŞ-la İslamabadda keçiriləcək danışıqlardan uğur gözləyir və hərtərəfli razılaşmanın əldə olunmasını arzulayır.

Bizimyol.info xəbər verir ki, bu barədə İran İslam Respublikasının ali rəhbərinin Hindistandakı nümayəndəsi Əbdül Məcid Hakim İlahı açıqlama verib.

“Biz hərtərəfli atəşkəsə nail olmaq istəyirik. Hərtərəfli razılaşma əldə etmək istəyirik. Onlarla uğurlu razılaşma imzalamağa çalışırıq. Bunun üçün səy göstəririk. Amma şübhələr də var, çünki etibar yoxdur. Ümid edirik ki, onlar başa düşüblər ki, istədiklərini edə bilməzlər”, – deyə İlahı vurğulayıb.

Müctəba Xameneyinin nümayəndəsi İranın hüquqlarının qorunmasını təmin etmək istədiyini qeyd edib. “Buna görə biz onlara 10 maddədən ibarət plan təqdim etdik və onlar onu qəbul etdilər”, – deyə o xatırladıb.

“Biz sülh və təhlükəsizlik tərəfdarı olan bir xalqıq. ABŞ-ın niyyətlərinə şübhə ilə yanaşsaq da, danışıqları davam etdirəcəyik. Biz əmin deyilik ki, onlar ciddi şəkildə hərəkət edirlər, bu danışıqlar ABŞ üçün sadəcə zaman qazanmaq vasitəsidir”, – deyə İlahı əlavə edib.

ABŞ prezidenti Donald Tramp aprelin 7-də İranla iki həftəlik qarşılıqlı atəşkəs elan edib. Onun sözlərinə görə, tərəflər demək olar ki, bütün mübahisəli məsələləri həll ediblər və Vaşinqton Tehranın 10 maddəlik təkliflərini gələcək danışıqlar üçün “işçi baza” kimi qiymətləndirir. ABŞ administrasiyasının rəhbəri bildirib ki, qərar İranda Hörmüz boğazını açmağa hazır olduqları təqdirdə qəbul edilib. Tehranda isə, əgər İrana hücum edilməzsə, “müdafiə xarakterli hücumların” dayandırılmasına razılıq verilib. Pakistanın baş naziri Şahbaz Şərif, tərəflər arasında vasitəçi olaraq, onları danışıqlara dəvət edib. İran dövlət televiziyasının məlumatına görə, danışıqlar gözlənildiyi kimi birbaşa keçiriləcək.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »