Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-İran atəşkəsi: Qələbə yox, məğlubiyyət?
ABŞ-İran atəşkəsi: Qələbə yox, məğlubiyyət?

Amerikan jurnalist Tucker Karlson hesab edir ki, ABŞ prezidenti Donald Trampın İranla atəşkəs elanını Vaşinqtonun qələbəsi kimi təqdim etməyə çalışsalar da, əslində ABŞ məğlub olub.

Bizimyol.info xəbər verir ki, bu barədə Karlson "YouTube" videomüraciətində bildirib.

“Dünən axşam baş verənlər ABŞ üçün qələbə kimi görünürdü, amma texniki olaraq bu, çox güman ki, məğlubiyyət idi”, - deyə o qeyd edib.

Jurnalist xüsusilə vurğulayıb ki, Vaşinqton İslam Respublikasında köklü hakimiyyət dəyişikliyin həyata keçirə bilməyib. Eyni zamanda, ABŞ-ın Yaxın Şərqdəki hərbi bazaları ciddi zərər görüb, hərbi əməliyyatlar yüz milyardlarla dollara başa gəlir və Hörmüz boğazı üzərində nəzarət hələ də Tehrandadır.

Karlson əlavə edib ki, əksər ağıllı insanlar atəşkəs rejimini atəşkəsin özü kontekstində qələbə kimi qiymətləndirir – yəni “atəşin dayandırılması yaxşı şeydir”.

ABŞ prezidenti Donald Tramp 7 aprel tarixində İranla iki həftəlik qarşılıqlı atəşkəs elan edib. Onun sözlərinə görə, tərəflər demək olar ki, bütün mübahisəli məsələləri həll ediblər və Vaşinqton Tehranın 10 maddədən ibarət təklifini gələcək danışıqlar üçün “işçi baza” kimi qəbul edir. Bu təkliflər arasında hücum etməmə prinsipinə riayət, İranda uranın zənginləşdirilməsi, əsas və ikinci dərəcəli sanksiyaların ləğvi, kompensasiyanın ödənilməsi, amerikalı qüvvələrin bölgədən çıxarılması və Hörmüz boğazına nəzarət məsələləri yer alır. Tramp bildirib ki, qərar İranın Hörmüz boğazını açmağa hazır olması şəraitində qəbul edilib. Tehranda isə tərəflər, əgər İrana hücum edilməyəcəksə, “müdafiə hücumlarını” dayandırmağa razılıq veriblər. Pakistanın baş naziri və tərəflər arasında vasitəçi Şahbaz Şərif onları 10 aprel tarixində danışıqlara dəvət edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »