Azərbaycan Mərkəzi Bankı (AMB) “Xalq Bank” ASC-nin vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.
Bizimyol.info xəbər verir ki, Mərkəzi Bankdan verilən məlumata görə, hər iki bank prudensial hesabatların tərtib və təqdim olunması qaydalarını pozub. Bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin 439.2-ci maddəsinə əsasən, vəzifəli şəxs 1,5 min manat məbləğində cərimələnib.
AMB bildirib ki, pozuntular bankların maliyyə dayanıqlığına təhlükə yaratmır və məsələ əsasən hesabatların forması ilə bağlı qayda pozuntusudur.
Qurumun açıqlamasında qeyd olunur ki, bu addım bankların şəffaflığının və qanunvericiliyə riayət etməsinin təmin olunması məqsədi ilə atılıb.






