İran iki "UH-60 Blackhawk" vertolyotuna zərbə endirib. Bu vertolyotlar "F-15E" döyüş təyyarəsini axtarış əməliyyatında iştirak edirdilər.
Bizimyol.info xəbər verir ki, bu barədə məlumatı "NBC News" yayıb.
Verilən məlumata görə, İranın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan ABŞ Hərbi Hava Qüvvələrinin "A-10" hücum təyyarəsi qəzaya uğramazdan əvvəl Küveyt ərazisinə çatıb.
Xəbər kanalının verdiyi məlumata görə, "A-10" təyyarəsi "F-15E"nin vurulmasından sonra axtarış-xilasetmə əməliyyatını dəstəkləmək üçün göndərilmişdi. Təyyarə zədələndikdən sonra pilot katapultasiya edərək sağ qalıb, təyyarə isə qəzaya uğrayıb.
"NBC News" həmçinin bildirir ki, İran əməliyyat zamanı axtarış vertolyotlarına zərbələr endirib, vertolyotlarda olan hərbçilər yüngül xəsarət alıblar.
Bizimyol.info






