Ukrayna Prezidenti Vladimir Zelenski İranla əlaqələr və bu ölkəni Rusiya ilə müharibədə düşmən kimi görməsinin səbəblərini açıqlayıb.
Bizimyol.info xəbər verir ki, prezident bu barədə mətbuata danışıb.
“Biz İranla mürəkkəb münasibətlər yaşamışıq, iranlı rəsmilərlə dialoq aparmışıq. Bu çətin dövrləri yalnız itkilərlə keçirmişik. Biz onlara heç nə etməmişik,” – deyə Zelenski bildirib.
O, 2020-ci ilin yanvarında İranda Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarənin vurulmasını xatırladıb. Hadisə nəticəsində 176 nəfər həyatını itirib.
“Onlar təyyarəmizi vurdu, sərnişinlərimizi və ekipajı öldürdü. Bunun məsuliyyətini tanımadılar və ekspertlərin təyyarəyə daxil olmasına icazə vermədilər,” – deyə prezident qeyd edib.
Rusiya Ukraynaya tammiqyaslı hücum başladıqdan sonra İrannın ölkəyə “şahidlər” – mülki əhalini öldürən dronlar – verdiyini bildirən Zelenski əlavə edib: “Mən buna son qoymaq istədim. Mən onlardan bunu dayandırmağı istədim. Onlar yalnız bir partiya dron verəcəklərini vəd etdilər, amma əslində yalan danışaraq Rusiyaya silah göndərməyə davam etdilər. Məhz buna görə onları Rusiyanın müttəfiqi hesab edirəm,” – deyə o vurğulayıb.
İranın BMT-dəki nümayəndəsi Ukraynanı ölkəyə qarşı “hərbi aqressiyanın fəal iştirakçısı” adlandırıb və bunun əsas səbəbi kimi Ukraynanın Yaxın Şərqdə ekspert göndərməsini göstərib.
Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy isə İran nümayəndəsini yalançı adlandırıb. O bildirib ki, 2022-ci ildən bəri Ukrayna İrana aid olmayan, lakin İran tərəfindən Rusiyaya verilən təxminən 60 min dron hücumuna məruz qalıb. Eyni zamanda heç bir Ukrayna dronu İrana qarşı istifadə olunmayıb.
Qadir, Bizimyol.info






